Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda soyqırım qurbanlarının xatirəsi yad edildi

01 aprel 2014 | 15:00

Salyan şəhərində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə soyqırım qurbanlarının xatirəsinə ucaldılmış kompleksin önü izdihamlı idi. Rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri buraya gələrək 1918-ci ilin mart günlərində ermənilərin azərbaycanlılara qarşı göstərdiyi qətliamda həlak olmuş həmvətənlərinin unudulmaz xatirəsi qarşısında öz ehtiramlarını ifadə etmişlər.

Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında şuranın üzvləri. idarə, müəssisə və təşkilatların kollektivləri soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri qoymuş, onları ehtiramla  yad etmişlər.
Sonra RİH başçısı Tahir Kərimov və tədbir iştirakçıları rayonda türk əsgərlərinin əziz xatirəsinə ucaldılmış abidə-kompleksinə gəlmiş, 1918-ci ildə Salyanın müdafiəsi uğrunda erməni daşnaqlarına qarşı döyüşlərdə şəhid olmuş türk əsgər və zabitlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş və onların ruhlarına dualar oxunmuşdur.

Keçidlər