Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin anım günü qeyd olundu

18 mart 2014 | 16:00

17 mart 2014-cü il tarixdə rayonda 1995-ci ilin mart hadisələrində dövlət çevrilişinə cəhd edən qüvvələrlə döyüşdə həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Nazim Abbas oğlu Babayevin anım günü qeyd edilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında şuranın üzvləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları Milli Qəhrəmanin “Şəhidlər” xatirə kompleksindəki abidəsi önunə gül-çiçək dəstələri qoymuş, xatirəsi önündə bir daha öz ehtiramlarını nümayiş etdirmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında şuranın üzvləri xatirə-kompleksində Milli Qəhrəmanın anası L.Babayeva və ailə üzvləri ilə görüşmüş, mənzil-məişət şəraiti ilə maraqlanmış, belə bir igid və cəsur oğul böyütdüyünə görə Laçın anaya minnətdarlıqlarını bildirmişlər. Sonra tədbir iştirakçıları «Əsgər anası» memorial kompleks önünə gül-çiçək dəstələri düzmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlilərimizin əziz xatirəsini yad etmişdirlər.

 

Keçidlər