Şriftin ölçüsü :

Saytın rəngi :

5 mart-Bədən Tərbiyəsi və Idman Günü münasibətilə rayonlararası xatirə şahmat turniri

06 mart 2014 | 16:00

Salyan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Salyan rayon təhsil şöbəsi və rayon gənclər və idman idarəsi 5 mart - Bədən Tərbiyəsi və İdman Günündə respublikamızın tanınmış qrossmeystri, aramızdan vaxtsız köçmüş Vüqar Həşimovun xatirəsinə həsr olunmuş rayonlararası turnir keçirilmişdir.

Turnir başlamazdan əvvəl yarış iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, Azərbaycan idmanının böyük hamisinin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər.
Heydər Əliyev Mərkəzində keçirilən turnirin açılış mərasimində Salyan rayon icra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov tədbiri giriş sözü ilə açaraq Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun adından idmançıları təbrik etmiş, möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin Azərbaycan idmanının dünyada yüksək reytinq qazanmasında gördüyü işlərdən danışmış, 2015-ci ildə keçiriləcək ilk Avropa olimpiadasının Bakıda təşkil olunmasını məhz möhtərəm Prezidentimizin böyük uğuru kimi səciyyələndirmişdir. R.Cəbrayılov beynəlxalq qrossmeystr Vüqar Həşimovun qısa və mənalı ömür yolundan, onun şahmat taxtası arxasında qazandığı uğurlardan, Azərbaycan idmanına verdiyi töhfələrdən söz açmışdır.
Tədbirdə 5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonumuzun bir sıra veteran idmançılarına, kikboksinq, cüdo, voleybol üzrə dünya və Azərbaycan birinciliklərində qələbə çalmış idmançılara, yetirmələri uğurlar qazanmış məşqçi-müəllimlərə rayon İcra hakimıyyəti başçısının "Fəxri Fərman"ları və qiymətli hədiyyələr verilmişdir.
Açılış mərasimi başa çatdıqdan sonra Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarını və Şirvan şəhərini təmsil edən şahmat uşaq-gənclər idman məktəblərinin yetirmələri mükafatlar uğrunda mübarizəyə qoşulmuşlar. Yarış qaliblərinə "Fəxri Fərman" və qiymətli hədiyyələr təqdim edilmişdir.

 

 

Keçidlər