Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Ulixanlı kəndində Rayon İcra hakimiyyəti baççısının görüş-qəbulu

10 iyul 2012 | 15:00

Salyan rayon İcra hakimiyyəti başçısının 10 iyul 2012-ci il tarixdə Yolüstü ərazi dairəsinin Yeni Uluxanlı kəndində səyyar görüş-qəbulu keçirilmişdir. Görüş-qəbulda 120 nəfər kənd sakini iştirak etmişdir.

Rayonun hüquq-mühafizə orqanları, xidmət təşkilatı rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlara heç bir məhdudiyyət qoyulmadan sərbəst müraciət etməsinə şərait yaradılmışdır.

Qəbulda kənd sakinlərindən Kərimova Xanımzər Adil qızı, Seyidova Cəmilə Mirhəsən qızı, Vəliyev Rəşid Müseyib oğlu, Səlimov Mehdi Tofiq oğlu və başqaları son vaxtlar rayonda aparılan abadlıq-quruculuq işlərini böyük məmnunluqla qeyd etmiş, eyni zamanda ərazi nümayəndəliyi üçün yeni inzibati binanın tikilməsi, kəndə təbii qazin olmaması, elektrik dirəklərinin və naqillərin əsaslı təmirə ehtiyacı olması, kənddə sutəmizləyici qurğunun tikilməsi ilə əlaqədar müraciətlər etmişlər.

Vətəndaşların müraciətləri yerində araşdırılmış və icrası ilə əlaqədar konkret vaxt qoyulmaqla aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Rayon İcra hakimiyyətinin başçısı T.Kərimov regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda aparılan işlər barədə kənd sakinlərinə məlumat vermişdir.

Keçidlər