15 iyun – Milli Qurtuluş günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskari” mövzusunda tədbir keçirilmişdir.
15 iyun – Milli Qurtuluş günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskari” mövzusunda
tədbir keçirilmişdir.
Tədbirdə öncə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbirdə çıxış edərək 15 iyun - Milli Qurtuluş Günü haqqında məlumat verərək bildirmişdir ki, bu gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Həmin uğurun bariz nümunəsi sentyabr ayının 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində əldə edilən böyük Zəfər və Qələbədir.