Şriftin ölçüsü :

Saytın rəngi :

“15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü” günü münasibətilə tədbir keçirilmişdir.

15 iyun 2024 | 18:32

“15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü” günü münasibətilə

tədbir keçirilmişdir.

“15 iyun–Milli Qurtuluş günü” münasibəti ilə Salyan RİH başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Ümummilli lider Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Daha sonra RİH inzibati binasında “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Ümummilli liderin xilaskarlıq missiyası ilə bağlı hazırlanmış videoçarx nümayiş olunmuşdur. 

Salyan RİH başçısı Sevindik Hətəmov Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, bildirmişdir ki,  bu gün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Qeyd olundu ki, həmin gün Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafın təməli qoyulub. Tədbirdə digər çıxış edənlər Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsindən geniş söz açmışlar.

 

 

Keçidlər