Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda “Qələbə” qəzetinin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.

21 fevral 2014 | 16:00

Qelebe
20 fevral 2014-cü il tarixdə rayon İcra hakimiyyətinin təsisçisi olduğu “Qələbə” qəzetinin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Ə.Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru V.Səfərli, şair-publisist Oqtay Rza, rayon İcra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Heydər Əliyev Mərkəzində  Ulu Öndərə həsr olunmuş eksponatlarla tanış olduqdan sonra Mərkəzin akt zalında tədbir davam etmişdir.
Respublikamızın qocaman mətbu orqanlarından biri olan «Qələbə» qəzetinin 90 illik yubileyi ilə bağlı keçirilən tədbirdə qəzetin tarixinə nəzər salınıb, ölkəmizdə kütləvi informasiya orqanlarına dövlət dəstəyindən danışılıb.  Bayram toplantısında “Qələbə“ qəzetinin keçdiyi tarixi yol haqqında qəzetin baş redaktoru  Rüstəm Məlikov məruzə edib. Bildirib ki, 1924-cü il fevralın 21-də qəzetin ilk nömrəsi “Qırmızı Muğan “ adı ilə işıq üzü görüb və indiyədək 8300 nömrəsi çapdan çıxıb. Müxtəlif illərdə «Sosializm yolu», «Məhsul», 1965-ci ildən isə qəzet «Qələbə» adı ilə buraxılır. Salyanın  mədəni, ictimai-siyasi  həyatının salnaməsinin yaradılmasında bu mətbu orqanının əvəzsiz xidmətlərindən danışan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov yardıcı kollektivi təbrik edib, onlara  uğurlar arzulayıb. Heydər Əliyev Muzeyində ulu öndərin Salyandakı görüşlərini əks etdirən «Qələbə» qəzetinin çox qiymətli tarixi sənəd kimi  qorunmasını diqqətə çatdıran icra başçısı prezident İlham Əliyevin tapşırığı ilə rayonda həyata keçirilən infrastruktur layihələrin də qəzetdə peşəkarlıqla işqlandırılmasını xüsusi qeyd edib. Ölkədə mətbuata dövlət qayğısından danışan Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbat Şurasının sədri Əflatun Amaşov və başqaları da mətbu orqanının ünvanına xoş arzular bildiriblər. Qəzetinin maddi-texniki  bazasının möhkəmləndirilməsi, tirajının artamsı və əməkdaşların sosial şəraitinin yaxşılaşdırılması da bu qayğının təzahürü kimi səciyyələndirilib. Göstərilən diqqət və qayğı isə 90 yaşlı «Qələbə"ni  yenə də gənclik həvəsi ilə işləməyə sövq edir.
Sonda qəzetin bir qrup əməkdaşına rayon icra hakimiyyətinin “Fəxri Fərman”ı və qiymətli hədiyyələri təqdim olunub.

 

 

 

Keçidlər