Tibbi müayinə kampaniyasına start verilmişdir
Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinəsini nəzərdə tutan göstərişinə əsasən mayın 1-dək keçiriləcək geniş tibbi kampaniyaya start verilmişdir..
Bununla əlaqədar rayon İcra hakimiyyəti rayon Mərkəzi Xəstəxanasının nümayəndələrindən ibarət komissiya yaratmış, həyata keçiriləcək tədbirin killektivlər və ərazilər də nəzərə alınmaqla xüsusi qrafik əsasında icrasını təmin edir. Tibbi müayinələr keyfiyyətələ həyata keçirilməsi məqsədilə tibb müəssisəsinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində rayon Mərkəzi Xəstəxanasının tərəfindən zəruri tədbirlər görulmüşdür. Rayon İcra hakimiyyəti əhali arasında təşkilatı-izahat işini aparmaqla tədbirin yüksək mütəşəkkilliklə keçirilməsini təmin edəcəkdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov sakinləri salamlamış, onlara tibbi müayinədən uğurla keçmələrini arzulamışdır. Sonra RİH başçısı Tahir Kərimov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, yüzlərlə insan tibbi müayinədən keçmişlər. Vətəndaşlar yüksək mütəşəkkilliklə keçirilən bu mühüm kampaniyaya öz münasibətlərini bildirərək əhalinin sağlamlığının qorunmasına xidmət edən böyük diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.