Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra hakimiyyətinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrlə əlaqədar HESABATI

15 fevral 2014 | 16:00

14  fevral  tarixdə Salyan rayon  icra hakimiyyəti başçısının 2013-cü ilin yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığincağı keçirilmişdir.Yığincaq iştirakçıları ilk öncə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini  gül çiçək dəstələri qoymuş, xatirəsini yad etmişlər. Sonra  yeni istifadəyə verilmiş Heydər Əliyev mərkəzinin foyesində rayonun sosial- iqtisadi inkişafına dair fotosənədlərə, sənaye  və kənd təsərrüfatı məhsullarına baxış keçirilmişdir.

RİH başcısı yanında şura üzvlərinin, idarə, müəsissə, təşkilat rəhbərlərinin Azərbaycan  Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Adullayevin də iniştirak etdiyi yığıncaqda Salyan rayon icra hakimiyyətinin başçısı cənab Tahir Kərimov geniş hesabat məruzəsi ilə çıxış etmişdir.  RİH başçısı hesabat  ilində  rayonda  regionların sosial- iqdisadi inkişafına dair Dövlət Proqramları cərcivəsində görülmüş işlərdən danışmış, Azərbaycan Rspublikası Prezidenti Cənab İlham Əliyevin tapşırıq  və göstərişlərinin həyata keçirilməsi işində salyanlıların işküzalıq və əzmkarlığindan söz açmışdır.
Məruzə ətrafında çıxışlar olmuşdur. Rayon maliyyə şöbəsini müdiri Mahir Kərimov, RTS-nin müdiri Əbülfət Bədəlov, Rayon Qaz istismar sahəsinin rəisi Xəyyam Hüseynov, Rayon Mədəniyyət evinin direktoru Adilə Əliyeva, Rayon mərkəzi xəstəfanasının baş həkimi Hüseynağa Həsənov, iş adamı Famil Məmmədov söz alaraq hesabat ilində çalışdıqları kollektivlərdə görülmüş işlərdən, əldə edilmiş uğurlardan söz açmış, həmcinin həllini gözləyən problemlərdən danışmışlar.
Tədbir içtirakçıları sırasından  söz alaran şəhər sakini Şahin Zərbaliyev  ölkə başçısı cənab İlham Əliyevə Salyanda həyata keçirilən abadlıq-quruculuq işlərinə, insanların sosial problemlərinin həyata həll edilməsi, onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür və minnətdarlıqlarını bildirmişdr.
Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Adullayev hesabat yığıncağında çıxış edərək  Azərbaycan Pespublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2013-cü ildə ölkəmizdə  əldə olunan uğurlu nəticələrdən danışmış, bu il fevral ayının əvvəlində yeni qəbul edilən Regionların sosial -iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı cərcivəsində görüləcək işlərdən söz açmışdır.


Hesabat yığıncağında müzakirə olunan məsələyə dair geniş qərar qəbul edilmişdir.
Yığıncaq iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul edilmişdir.

 

 

 

 

 

 

 

Keçidlər