Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair rayon icra hakimiyyətinin Tədbirlər Planının təsdiq edilməsi barədə
Rayonda Xocalı soyqırımının iyirmi ikinci ildönümü tədbirlərinin mütəşəkil keçirilməsi məqsədi və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab R.Mehdiyevin 27 yanvar 2014-cü il tarixli 8 saylı sərəncamını əsas tutaraq Qərara alram:
1.Rayonda Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsinə dair rayon icra hakimiyyətinin Tədbirlər Planı Təsdiq edilsin (əlavə olunur) 2.Rayon icra hakimiyyəti başçısı aparatının şöbələrinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırılsın ki, Tədbirlər Planında nəzərdə tutulmuş işlərin icrasını təmin etsinlər 3.Sərəncam rayon “Qəbələ” qəzetində dərc edilsin 4. Sərəncamın icrasına nəzarət rayon İcra hakimiyyəti başçısının 1 ci müavini E.Hüseynova tapşırılsın.
Salyan rayon İcra
hakimiyyətinin başçısı T.Kərimov