Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev mərkəzində rayonun dindarları və ictimaiyyətin nümayəndələri ilə Salyan rayon İcra hakimiyyətinin başçısı cənab Tahir Kərimovun görüşü

08 fevral 2014 | 16:00

Fevralın 7-də Heydər Əliyev mərkəzinin geniş akt zalında Salyan rayon İcra hakimiyyəti başçısı aparatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə idarə, müəssisə və təşkilat rəhbərlərinin, dindarların, məscidlərin axundlarının, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.

         RİH başçısının müavini Rəşad Cəbrayılov tədbiri giriş sözü ilə dövlət-din münasibətləri ətraflı danışmış və qeyd etmişdir ki, ölkəmizdə müntəzəm olaraq dövlət səviyyəsində dindarlarla görüşlər keçirilir, onların problemlərini  öyrənilir, ölkədə tolerantlığın bərpa olunması üçün ardıcıl tədbirlər həyata keçirirlər. Lakin bəzi xarici qüvvələr İslam dini pərdəsi altında müxtəlif zərərli təriqətlərin və sektaların Azərbaycanda yayılmasına çalışırlar. Əlbəttə bu bizi ciddi düşündürür və belə hallara qarşı təsirli tədbirlər görmək zərurəti yaradır.
Dini Qurumlar üzrə Dövlət Komitəsinin Aran bölgəsi üzrə şöbəsinin  baş məsləhətçisi Tural Əliyev tədbirdə çıxış edərək bildirmişdir ki, Azərbaycanın iqtisadi inkişafını və mənəvi tərəqqisini gözü götürməyən bəzi qüvvələr xeyriyyəçi cəmiyyətlər adı altında İslam dininə böyük zərər vuran dini sektaları və təriqətləri ölkəmizdə yaymağa çalışırlar və terrorçu təşkilatlara təcrübəsiz gəncləri cəlb edirlər. Elə bunun nəticəsidir ki, son aylarda Suriyada gedən vətəndaş müharibəsində çox təəssüf ki, azərbaycanlı gənclər də vardır. Öz ölkəsində Qarabağ problemi kimi həll edilməli məsələ olan yerdə hansısa qüvvələrin təsiri ilə guya cihad müharibəsinə gedən insanlar əslində orada fitnə-fəsadla məşğuldurlar. Onların bu hərəkətlərini Azərbaycan dövləti, Qafqaz şeyxülislamı, Dini Qurumlar üzrə Dövlət Komitəsi, qətiyyətlə pisləyir.
         Yığıncaqda Hacı Tağı məscidinin axundu Hacı Seyfulla Hüseynov, rayon Polis şöbəsinin cinayət axtarışı şöbəsinin müdiri Rasim Əsgərov, Mirəşrəf ağa məscidinin axundu Hacı Mirqulam Sadıqov, Qarabağlı kənd məscidinin axundu Hacı Hüsnü Həsənov, Qarabağ müharibəsi əilləri, veteranları və şəhid ailələri ictimai birliyi rayon təşkilatının sədri Arif Əsgərov, rayon Təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov, Dayıkənd məscidinin axundu Firdovsi Əhmədov, rayon Ziyalılar cəmiyyətinin sədri Qulam Sadiq çıxış edərək bildirmişlər ki, islam dininə zidd olan təriqətlərin rayonumuzda geniş vüsət alması üçün heç bir zəmin yoxdur. Əhalinin böyük əksəriyyəti Xatəmül Ənbiyyə peyğəmbərimiz Həzrəti Məhəmmədin bizə ərmağan qoyduğu Qurani Kərim kitabının əsasında dini ritualları yerinə yetirirlər. Lakin biz bir an da olsun öz təbliğat və təşviqat işlərimizi zəiflədə bilmərik, proflaktik tədbirlər müntəzəm aparılmalı, gənclərin, xüsusən də məktəblilərin və tələbələrin tora düşməsinə yol verməməliyik. Ağsaqqallar, dindarlar, Hüquq-mühafizə orqanlarının əməkdaşları tez-tez məktəblərdə gənclərlə görüşməli, onlara dinimiz haqqında doğru və dürüst məlumatlar verməlidirlər.
Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov görüşdə çıxış edərək bildirdi ki, istər ümummilli liderimiz Heydər Əliyev, istərsə də möhtərəm Prezidentimiz İlham Əliyev ölkədə dini tolerantlığın və vicdan azadlığının bərqərar olması üçün qanunlar, fərmanlar və sərəncamlar imzalamışlar. Elə təkcə bu faktı göstərmək kifayətdir ki, sovet dövründə Azərbaycanda 18 məscid fəaliyyət göstərmişsə, indi 1800-dən çox məscid vardır. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 10 ildə 200-dən çox məscid inşa edilmişdir. 80-dən çox dini abidə o cümlədən Salyanın Cümə məhcidi təmir edilib dindarların ixtiyarına verilmişdir. Azərbaycanlı gənclərin Suriyada gedən vətəndaş müharibəsində iştirak etməsini RİH başçısı qətiyyətlə pisləmiş və bunun dini cihadla heç bir əlaqəsi olmadığını göstərmişdir. Natiq vurğulamışdır ki, vətən uğrunda şəhid olmağın etalonu Çingiz Mustafayev, Mübariz İbrahimov, Fərid Əhmədov və başqalarıdır. Bugünki Azərbaycan gəncliyi məhz onlara bənzəzmək istəyir, onların əmələrini özlərinə örnək götürürlər. RİH başçısı onu da vurğuladı ki, İslam Əməkdaşlıq Ölkələrinin üzvü olan Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə böyük işlər görür, Azərbaycanın sivil dövlət olduğunu, İslam dövləti olduğunu öz gündəlik fəaliyyətində dönə-dönə sübut edir. Bugün Azərbaycan torpağında  sektaçılara, təriqətçilərə yer yoxdur
.

 

 

 

 

 

 

 

 

Keçidlər