Qaraçala qəsəbəsinə “mavi yanacaq” verildi
Salyan rayonunda son üç ildə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 17 kənddə qaz təminatı yaxşılaşdırılmış, onlardan 13 kəndə yeni qaz xətti çəkilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin Salyan rayonunda uğurla icra olunyr. İndiyə kimi tapşırıqlqra 75 faiz icra olunmuş, 80 minə yaxın əhalinin mavi yanacaqdan istifadə etməsinə şərait yaradıkmışdir.
Qazlaşdırma ilə əlaqədar ümumilikdə müxtəlif diametrli borularla 850 kilometr uzunluğunda təbii qaz xətti çəkilmişdir ki, bunun 96 kilometri iri diametrli, yəni 200-300-350 mm.diametrli borular təşkil edir. Yeni qazlaşdırmadan əlavə rayonun qaz kəmərlərində 98 faiz əsaslı təmir işləri aparılmışdır.
30 Yanvar 2014-cü il tarixdə Qaraçala qəsəbəsində yeni qaz kəmərinin açılışı mərasimi olmuşdur. Bu münasibətilə keçirilən tədbirdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, rayon İcra hakimiyyəti başçısı yaninda Şuranın üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, qəsəbə sakinləri iştirak etmişlər.
Qəsəbə sakinlərindən M.Əsgərov, M.Heydərov, İ.Məmmədov çıxış edərək onların məişətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
«Azəriqaz» istehsalat birliyi ictimai əlaqələr şöbəsinin müdiri Araz Ağayev çıxış edərək kənd əhalisini əlamətdar hadisə münasibətilə təbrik etmiş və bildirmişdir ki, birliyin inşaatçıları qəsəbədə 57,5 km. uzunluğunda aşağı və orta təzyiqli paylayıcı qaz xətləri çəkib, 820 fərdi tənzimləyici və sayğac quraşdırılıb. Yeni birpilləli sistem üzrə əhaliyə qaz veriləcəkdir ki, bu da orta təzyiqin sabit saxlanılmasına imkan yaradacaqdır. Qeyd olunmuşdur ki, 2014-cü ilin ikinci yarısında Qaraçala qəsəbəsinin əhatə etdiyi Şatrovka, Çadırlı və Bəşirbəyli kəndlərinin qazlaşdırılması işləri aparılacaqdır.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov çıxış edərək sakinləri təbrik etmiş, onlara xoş arzularını bildirmişdir. Rayonda sosial yönümlü layihələrin uğurla yerinə yetirildiyini qeyd edən RİH başçısı yaşayış məntəqələrinin qazlaşdırılmasını bunun əyani nümunəsi kimi səciyyələndirmişdir. Həyata keçiriləcək digər layihələrdən, abadlıq-quruculuq işlərindən danışan icra başçısı rayonun qalan yaşayış məntəqələrinin mavi yanacaqla təmin edilməsinin ardıcıllıqla başa çatdırılacağını vurğulamışdır.
RİH başçısı Tahir Kərimov və «Azəriqaz» istehsalat birliyinin məsul işçisi Araz Ağayev rəmzi məşəli alovlandırmışlar.
Sonda mərasim iştirakçıları evlərdə olub mavi yanacağın verilməsinə baxış keçirmişlər.