Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyəti başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.

25 yanvar 2014 | 16:00

Salyan rayon İcra Hakimiyyəti başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev və Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov iştirak etmişlər.
RİH başçısının Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qənbər Həsənov hesabat məruzəsi ilə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq rayonumuzda və inzibati ərazi dairəsində görülən işlərdən danışmışdır. Natiq vurğulamışdır ki, Sarvan kənd inzibati ərazi nümayəndəliyi 3 kəndi - Sarvan, Dayıkənd və Seyidlər kəndlərini əhatə edir. Ərazi nümayəndəliyində 5.267 nəfər əhali yaşayır. Ərazidə 1 bələdiyyə şurası, sudanistifadəedənlər birliyi, aqroservis idarəsi, rabitə şöbəsi, həkim məntəqəsi, feldşer-mama məntəqəsi, 2 baytar xidməti sahəsi, 2 tam orta məktəb, 2 mədəniyyət evi, 4 kitabxana, 43 ticarət-kommersiya və ictimai iaşə strukturu, 1 şadlıq evi fəaliyyət göstərir.
Ərazi nümayəndəliyində keçən il 1.720 hektar sahədə - 365 hektarda buğda, 955 hektarda arpa, 55h hektarda pambıq, 400 hektarda yonca, 10 hektarda qarğıdalı, 3 hektarda üzüm bağları, 60 hektarda kartof, 2 hektarda tərəvəz, 60 hektarda bostan bitkiləri əkilmiş və yüksək məhsul götürülmüşdür.
2013-cü  ilin  hesabat  ilində  RİH  başçısı Tahir  Kərimov  üç dəfə  Sarvan, Dayıkənd,   Seyidlər  kəndlərində   kənd  sakinləri   ilə  görüş  keçirmişdir.   Həmin görüşlərdə yerli əhəmiyyətli məsələlərə toxunulmuşdur. Qaldırılan məsələlərin bir    -çoxu həll edilmişdir.
Hesabat yığıncağında şəhid atası Cahangir Qaraşov, Sarvan kənd tam orta məktəbinin direktoru Müstəcəb Səmədov, Dayıkənd kənd tam orta məktəbinin direktoru Rafiq Əzizov, kənd sakinlərindən Yusif Abuşov, Firdovsi Əhmədov, Rafiq Əsgərov, Tağı Abuşov və Cəbrayıl rayonundan olan qaçqın Tamaşa Mustafayeva çıxış edərək insanların sosial vəziyyətlərinin artınlmasma dövliətimizin başçısı tərəfindən göstərilən qayğıya gürə minnətdarlıqlarını bildirmiş, həmçinin kənd adamlarını narahat edən problemlərin həllinə köməküçün məsələ qaldırmışlar. Qeyd edilmişdir ki, kəndin qaz verilməsinin bərpa edilməsi həllini gözləyən ən vacib məsələdir. Bundan başqa çıxışlarda «Akuşa» çayının təmizlənməsini, su bulaqlarının fasiləsis işləməsi, istehlak olunmuş elektrik enerjisinin pulunun ödənilməsi zamanı yaranmış sayğac qalıqlarının nizamlanması, kəndarası yolların təmiri, Dayıkənd kənd məktəbində istilik sisteminin bərpası, Sarvan kənd məktəbinin təmirini və digər təkliflər irəli sürmüşlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev və Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov hesabat yığıncağında çıxış edərək 2013-cü ildə respublikada və rayonda əldə olunan uğurlardan danışmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda dövlət başçısının proqram xarakterli nitqindən irəli gələn vəzifələri yerinə yetirmək üçün qarşıda duran vəzifələrdən söz açmışları

 

Keçidlər