Xalac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatı
Rayonunun idarə və müəssisələrində, xidmət təşkilatlarında ,müxtəlif əmək kollektivlərində 2013-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncaqları keçirilir, görılən işlərə yekun vurulur, 2014-cü il üçün yeni vəzifələr müəyyənləşdirilir. Salyan rayon icra hakimiyyətinin ərazi nümayəndəliklərində də hesabat yığıncaqları davam edir. Növbəti belə tədbir Rayon İcra Hakimiyyəti başçısının Xalac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində kecirilmişdir. Salyan Rayon icra hakimiyyəti başcısı cənab Tahir Kərimovun, RİH başçısı yanında Şura üzvlərinin, hüquq mühafizə orqanlarının, rayon təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət təşkilatlarının rəhbərlərinin, həmcinin Xalac kənd sakinlərinin, içtimaiyyətin müxtəlif təbəqələrini təmsil edən adamların iştirak etdikləri yığıncaq tənqid və özünütənqid şəraitində kecmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Xalac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seyfəli Əliyev il ərzində Regionların sosial–iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində kəndə görülən işlərdən danışmış, həyata keçirilən tədbirləri sadalamışdır. Məruzədə qeyd edilmişdir ki, əsasən əkinçilik və heyvandarlıqla məşğul olan kənd adamları ötən il bol məhsul yetişdirməklə bərabər kəndin sosial-ictimai həyatında, dövlət tədbirlərində, mədəni-kütləvi işlərdə yaxindan iştirak etmiş, yaşadıqları ərazinin abadlıq- quruculuq işlərində fərqlənmişlər. Hesabat məruzəsində və kənd sakinlərindən Oktay Məmmədovun, Ağaverdi Abdullayevin, Vüqar Qarayevin, İmanqulu Ağayevin, Vüqar Fərzəliyevin çixışlarında kəndə görülmüş işlərlə yanaşı həllini gözləyən problemlərdən danışılmışlar. Çıxış edənlər kəndə mavi qaz verilişinin bərpasının sürətləndirilməsini xahiş etmiş, kənd arası yolların, kənd məktəblərinin, digər sosial obyektlərin təmir və bərpasına, həmçinin kəndarası kollektorların təmizlənməsinə dair öz təkliflərini vermişlər.
Yığıncaqda cıxış edən Salyan rayon icra hakimiyyətinin başçısı cənab Tahir Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son bir ildə respublikamızda həyata keçirilən dinamik iqtisadi inkişafdan, regionlarda, o cümlədən Salyanda aparılan abadlıq quruculuq işlərindən danışmışdır. RİH başçısı həmçinin qeyd etmişdir ki, cənab prezidentin tələbi hər bir yaşayış məntəqəsinin, kəndin inkişaf səviyyəsinin ən qisa müddətdə Avropa standartlarına çatdırılmasıdir. Bu mənada başqa kəndlərlə yanaşı Xalac kəndinin də qazlaşması bu il başa catdırılmalıdır. Digər problemlər də Dövlət proqramları, yerli təşəbbüslər səviyyəsində həll ediləcəkdir. Kənd bələdiyyəsi, yerli ictimaiyyət mövcud problemlərin aradan qaldırilmasında daha fəal və aktiv olmalıdırlar. Kənd ictimaiyyətinin rəyi ilə yiğıncaqda sadalanan nöqsanların , xüsusən kənd arası kollektorların təmizlənməsinə mane olan halların aradan qaldırilması üçün komisiya yararadılmışdır.
Ümümi yığıncaqda kənd sakinlərinin arzu və təkliflərini dinləyən Salyan rayon icra hakimiyyəti başcısı cənab Tahir Kərimov qaldırılan məsələlərlə bağlı aidiyyatı orqanların rəhbərlərinə müvafiq tapşıriq və tövsiyyələrini vermişdir.