Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Noxudlu kənd inzibati ərazi dairəsinin 2014-cü ildə sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı

23 yanvar 2014 | 16:00

21 yanvar 2014-cü ildə Aşağı Noxudlu kənd inzibati ərazi dairəsinin 2013-cü ildə sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrlə əlaqədar  hesabat yığıncağı olmuşdur. Yığıncaqda rayon İcra hakimiyyətinin başçısı T.Kərimov iştirak etmişdir.

Yığıncaqda Aşağı Noxudlu kənd inzibati ərazi nümayəndəsi R.Səmədov hesabat məruzəsi ilə çıxış etmisdir. Sonra kənd sakinləri M.Mustafayev, Z.Əliyeva, Ə.Muradov və başqaları cıxış edərək Aşağı Noxudlu və Yuxarı Noxudlu kəndlərinin təbii qazla təminatının bərpa edilməsini qeyd edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində respublikamızın bütün regionlarında olduğu kimi rayonumuzda və eləcə də Aşağı Noxudlu kənd inzibati ərazi dairəsində aparılan tikinti-quruculuq və abadlıq işlərindən danışdılar.
Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı T.Kərimov geniş məzmunlu nitq söyləyərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində respublikamızda və rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən danışaraq qeyd etdi ki, bizlər öz işimizi cənab Prezidentimizin gərgin işinə uyğunlaşdırmalıyıq.
Məruzəçi və çıxış edənlər bu yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimizə öz dərin minnətdarlıq və təşəkkürlərini bildirdilər.

 

Keçidlər