İnzibati dairələr üzrə ərazi nümayəndəliklərində ilin yekunları müzakirə olunur
Salyan rayonunun idarə, müəssisə və təşkilatlarında, rayon İcra Hakimiyyətinin ərazi nümayəndəliklərində və digər kollektivlərdə 2013-cü ilin yekunlarına həsr ounmuş hesabat yığıncaqları keçirilir. Yığıncaqlarda ötən ildə görülmüş işlərə yekun vurulur, cari il üçün yeni vəzifələr müəyyənləşdirilir.
14 yanvar 2014-cü il tarixdə rayonun Marışlı kənd inzibati dairəsi üzrə ərazi nümayəndəliyinin 2013-cü ilin yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilmişdir. Yığımcasqda rayon İcra hakimiyyətinin başçısı T.Kərimov, rayonun hüquq mühafizə orqanlarını rəhbərləri, müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. Hesabat yığıncağında RİH başçısının Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi A,Məmmədov məruzə ilə çıxış edərək bildirmişdir ki, aparılan uğurlu iqtisadi siyasət nəticəsində respublikamız dünyanın sürətlə inkişaf edən dövlətləri sırasında öz yerini möhkəmləndirir.
Məruzə ətrafında çıxış edənlər «Hacı Zaman» kəndli-fermer təsərrüfatının rəhbəri Xanoğlan Zamanov, Ağaqulu Abdullayev, Yeganə Babayeva, Mətləb Bağırov, Dadaş Qafarov və başqaları çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirmiş, nümayəndəliyin fəaliyyətini qənaətbəxş hesab etmiş, ərazi dairəsinə daxil olan kəndlərə təbii qazın verilməsi və başqa bir neçə təkliflərlə çıxış etmişlər.
Məruzə və çıxış edənlər bildirirlər ki, yola saldığımız il rayonumuz üçün də uğurlu olmuşdur. Möhtərəm Prezidentimiz cənab ilham Əliyevin 4 sentyabr 2013-cü ildə Salyan rayonuna səfəri salyanlıların qurub-yaratmaq əzmini daha da artırmış, şəhərimizdə və kəndlərimizdə abadlıq-quruculuq işləri geniş vüsət almışdır.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov hesabat yığıncağında çıxış edərək keçən il rayonumuzda görülmüş işləri təhlil etmiş, möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyevin Salyan rayonuna səfərinin doğurduğu ruh yüksəkliyi və əmək coşğunluğundan danışmış, keçən il möhtərəm dövlət başçımızın Salyanın sosial-iqtisadi inkişafına dair üç sərəncam imzaladığını vurğulamış, Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat məruzəsinə münasibətini bildirmiş, göstərilən problemlərin operativ şəkildə aradan qaldırılması üçün aidiyyati idarə, müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlarını və tövsiyələrini vermişdir.