Şriftin ölçüsü :

Saytın rəngi :

SALYAN RAYONU: HEYDƏR ƏLİYEV MƏRKƏZİ

12 yanvar 2014 | 16:00

Salyan rayonunda Heydər Əliyev Mərkəzi 4 sentyabr 2013-cü ildə cənab prezident İlham Əliyevin iştirakı ilə açılıb, istifadəyə verildi. Mərkəzin yaradılmasında məqsəd ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini tədqiq etmək, öyrənmək və ictimaiyyətə çatdırmaqdır.. Mərkəzin ümumi sahəsi 1479 km2  iki ekspozisiya zalının sahəsi isə 733 km2-dir. Mərkəzdə 497 eksponat nümayiş olunur. Eksponatlar ümummilli liderin həyat və fəaliyyətini ayrı-ayrı dövrlərini özündə əks etdirən 18 mərhələ üzrə, 9 bölmədən ibarətdir. Eyni zamanda mərkəzdə Heydər Əliyev haqqında kitablar, jurnallar, sənədlər videolentlər saxlanılır.
1-ci ekspozisiya zalı 3 mərhələ üzrə , 2 bölmədən ibarətdir. 1-ci mərhələdə  ulu öndərin 1977-ci ildə Salyana səfərindən bəhs edir. Ulu öndər bu zaman “Yeni Muğan”, “Oktyabr”, “Bəşirabad” kolxozlarında olmuş, partiya fəalları ilə görüş təşkil etmişdir. 2-ci mərhələdə cənab prezident İlham Əliyevin Salyana səfərindən, Salyan  rayon İcra Hakimiyyəti və Salyan rayon Heydər Əliyev Mərkəzinin layihəsi ilə tanışlığından bəhs edir. 3-cü mərhələdə isə ulu öndərin 1982 və 1998-ci il Salyan rayonuna səfərlərindən bəhs edir. O cümlədən ekspozisiya zalında ulu öndər  Heydər Əliyevin  büstü nümayiş olunur.
2-ci ekspozisiya zalı 7 bölmə, 13 mərhələ üzrə bölünmüşdür. 1-ci mərhələ ümummilli lider Heydər Əliyevin uşaqlıq, gənclik və təhsil illəri, 2-ci mərhələ Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrləri, 3-cü mərhələ ailəsi ilə çəkdirdiyi fotoşəkilləri, 4-cü mərhələdə 1990-cı ildə Naxçıvana qayıdışını, 5-ci mərhələ SSRi Nazirlər Sovetinin sədrinin I-ci müavininin incəsənət xadimlərinə diqqət və qayğısından, 6-cı mərhələdə ulu öndər Heydər Əliyevin Hərbi hissələrə qayğısından, 7-ci mərhələdə 1993-cü ildə ölkə prezidenti seçilən Heydər Əliyevin iqtisadiyyata diqqətindən, 8-ci mərhələdə 1994-cü il sentyabr ayının 20-də bağlanmış “Əsrin müqaviləsi” adlı neft müqaviləsini və Bakı-Tibilisi-Ceyhan neft kemeri layihəsini, 9-cu bölmədə ümummilli liderin incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğısından, Azərbaycanın gündən-günə inkişaf etməsindən, 10-cu mərhələdə 1969-cu ildə iqtisadiyyatın inkişaf etməsindən, zavod və fabriklərin, metro stansiyalarının açılışından, 11-ci mərhələdə 1982-ci ildə ulu öndər Heydər Əliyevin xaricə siyasətindən, 12-ci mərhələd 1969-cu ildə 1-ci katib seçilən Heydər Əliyevin Azərbaycan bölgələrinə səfərindən, 13-cü mərhələdə Heydər Əliyevin Həcc ziyarətini əks etdirin eksponatlar nümayiş olunur. O cümlədən 2-ci ekspozisiya zalında 5 vitrin var. Vitrinlərdə ümummilli lider Heydər Əliyev haqqında yazılan kitablar və jurnallar, Heydər Əliyevin sənədlərinin sürəti nümayiş olunur.
Mərkəzin 3-cü mərtəbəsində Foto studio, Şahmat dərnəyi, Xarici dil dərnəyi, Elektron kitabxana, Rəsm dərnəyi, Rəqs dərnəyi fəaliyyət göstərir. Elektron kitabxanaya isə mütəmadi olaraq oxuyucular gəlir və buradan səmərəli şəkildə istifadə edilir. Eyni zamanda bu mərtəbədə ulu öndərin portreti və Naxçıvanda yerləşən ilanlı dağ mənzərəsi əks olunur.  Heydər Əliyev Mərkəzi mədəni-maarif ocağı kimi gənclərin, müxtəlif təbəqəli insanların maariflənməsində, onların ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini daha dərindən öyrənmələrində əhəmiyyətli rol oynayır. Mərkəzin işçiləri mütəmadi olaraq rayonun idarə və müəssələrində, təhsil ocaqlarında, keçirdiyi görüşlərdə eləcədə mərkəzə gələnlərə Heydər Əliyev irsini təbliğ edirlər.

 

 


 

 

 

Keçidlər