Şriftin ölçüsü :

Saytın rəngi :

20 yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsinə dair rayon icra hakimiyyətinin Tədbirlər Planının təsdiq edilməsi barədə sərəncam

11 yanvar 2014 | 16:00

 

 

20 yanvar faciəsinin iyirmi dördüncü ildönümünün

keçirilməsinə dair rayon icra hakimiyyətinin

Tədbirlər Planının təsdiq edilməsi barədə

 

20 yanvar faciəsinin iyirmi dördüncü ildönümünün rayonda mütəşəkkil keçirmək məqsədilə və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab R.Mehdiyevin 13 dekabr  2013-cü il tarixli 103 saylı sərəncamını əsas tutaraq Qərara alıram:

 

1.   20 yanvar faciəsinin iyirmi dördüncü ildönümünün ilə əlaqədar Salyan rayon İcra hakimiyyətinin Tədbirlər Planı təsdiq edilsin.

2.   Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbələrinə, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırılsın ki, Tədbirlər Planında nəzərdə tutulan işlərin icrasını təmin etsinlər.

3.   Sərəncam rayon «Qələbə» qəzetində dərc edilsin.

4.   Sərəncamın icrasına nəzarət rayon İcra hakimiyyəti başçısının              I müavini E.Hüseynova tapşırılsın.

 

 

 

                                                    Salyan rayon İcra

                                                    hakimiyyəti başçısı                      T.Kərimov

 

Keçidlər