Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan şəhərində abadlıq quruculuq işləri davam etdirilir.

09 yanvar 2014 | 16:00

Keçən il rayonumuzda geniş vüsət alan tikinti-quruculuq, abadlıq işləri 2014-cü ildə də mütəşəkkilliklə davam edir. Yenə də Salyan şəhərində, rayonumuzun qəsəbə və kəndlərində mövsümə uyğun işlər görülür. 2014-cü ilin ilk iş günündə Salyan rayon lcra Hakimiyyətinin başçısı Tahir Kərimov Salyan şəhərindən Kürqaraqaşlı kəndinə qədər olan ərazidə, Salyan şəhərinin 20 Yanvar, A.Hüseynov, H.Z.Tağıyev, və Nizami küçələrində görülən işlərlə yaxından tanış olmuşdur. Rayon rəhbəri yollara bardurlar düzən, küveytləri sahmana salan, səkilərdə səliqə-sahman yaradan, quru ağacların budaqlarını budayan və başqa işlər görən ustalarla, fəhlələrlə söhbət etmiş, onlara müvafiq tapşırıqlar və tövsiyələr vermişdir.

Hər yerdə çalışan əməkçilər möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikindən ruhlandıqlarını bildirmiş və bu il daha böyük səylə çalışacaqlarım vurğulamışlar.
Böyük əmək fəallığı və ruh yüksəkliyi şəraitində həyata keçirilən bu işlər bir daha göstərir ki, keçən ili böyük nailiyyətlərlə yola saian salyanlılar 2014-cü ildə daha uca zirvələr fəth etmək əzmindədirlər. RİH başçısı Tahir Kərimovun iştirakı ilə keçirilən görüşlərdə duyulan yüksək əhval-ruhiyyə və əmək coşğunluğu bunu bir daha təsdiq etdi.

 

 

 

 

 

 

Keçidlər