Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov növbəti səyyar qəbulu Marışlı kəndinin sakinləri ilə keçirmişdir.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov növbəti səyyar qəbulu Marışlı kəndinin sakinləri ilə keçirmişdir.
Marışlı kənd tam orta məktəbdə kənd sakinləri ilə keçirilən səyyar görüşdə rayonun idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Sevindik Hətəmov müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin yaratdığı təməl sayəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilən dövlət siyasətindən bəhs etmişdir. Həmçinin, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qələbə qazandığı 44 günlük Vətən müharibəsindən, döyüş meydanında düşmənin məğlubiyyətindən danışaraq işğaldan azad olunan rayonlarımızın bərpasının sistemli şəkildə həyata keçirildiyini, orada müasir infrastruktur layihələrinin uğurla icra olunduğunu vurğulamışdır. RİH başçısı eyni zamanda rayonda aparılan abadlıq-quruculuq işləri haqqında da məlumat vermişdir. Daha sonra sakinləri maraqlandıran məsələlər müzakirə olunmuş, müraciətlər cavablandırılmış və ya araşdırılması üçün nəzarətə götürülmüşdür. Sonda kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən görüşlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.