Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Salyan rayonunda vətəndaşlarla görüşüb.

08 aprel 2022 | 16:00

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Salyan rayonunda vətəndaşlarla görüşüb.

 Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov aprelin 8-də Salyan və Neftçala rayonlarının sakinlərini fərdi qaydada qəbul etmişdir. Qəbuldan əvvəl Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüş Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Sonra Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov Salyan Suvarma Sistemləri İdarəsinin inzibati binasında Salyan və Neftçala rayonlarından olan vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir. Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar vermişdir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunmuş, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülmüşdür. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər