Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Aşağı Noxudlu kəndində əhali ilə səyyar görüş keçirmişdir.

05 aprel 2022 | 16:00

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Aşağı Noxudlu  kəndində əhali ilə səyyar görüş keçirmişdir.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Aşağı Noxudlu kəndində əhali ilə səyyar görüş keçirmişdir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə Rayon icra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat vermişdir.  İcra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

 

 

Keçidlər