Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Yenikənd kəndində əhali ilə səyyar görüş keçirmişdir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Yenikənd kəndində əhali ilə səyyar görüş keçirmişdir.
29 mart 2022-ci il tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Yenikənd kəndində əhali ilə səyyar görüş keçirmişdir. Səyyar görüşdə rayonun idarə, müəssisə, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, bölgələrə göstərilən xüsusi diqqət və qayğıdan, rayonumuzda aparılan tikinti-quruculuq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Daha sonra Rayon rəhbəri respublikanın müdafiə qüdrətinin gücləndirilməsi, ordu quruculuğu sahəsində əldə olunan uğurlardan, erməni təxribatına və təcavüzünə qarşı 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən də söz açmışdır. Rayon İcra Hakimiyyətinin başçısı səyyar görüşdə vətəndaşları fərdi qaydada dinləmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar vermiş və onların həllini nəzarətə götürmüşdür.
Sonda kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən görüşlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.