Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Arbatan kəndində əhali ilə səyyar görüş keçirmişdir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Arbatan kəndində əhali ilə səyyar görüş keçirmişdir.
15 mart 2022-ci il tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Arbatan kəndində əhali ilə səyyar görüş keçirmişdir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə Rayon icra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbədən, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat vermişdir. Səyyar görüşdə sakinlərin müraciəti, təklif və rəyləri dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
Səyyar görüşdə kənd sakinlər çıxış edərək dünyada baş verən mürəkkəb siyasi hadisələr fonunda ölkə iqtisadiyyatının durmadan inkişaf etdirilməsindən, Azərbaycan xalqının sülh və əminamanlıq şəraitində yaşayışının təmin olunmasından məmnun olduqlarını qeyd etmiş, göstərilən yüksək diqqət və qayğıya görə Möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.