Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətində “Bədən Tərbiyəsi və İdman günü“ münasibətilə tədbir keçirilmişdir.

04 mart 2022 | 16:00

Salyan rayon İcra Hakimiyyətində “Bədən Tərbiyəsi və İdman günü“ münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Gənclər və İdman idarəsinin kollektivi, rayonun tanınmış məşqçi-müəllimləri, müxtəlif beynəlxalq turnirlərin, dünya çempionatlarının və respublika birinciliklərinin qalibləri olan idmançılar iştirak etmişdir. Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik etmiş, dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə də göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə söhbət açmışdır. Daha sonra tədbirdə çıxış edənlər idmanın kütləviliyinə nail olunması və gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan cənab Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi yüksək qayğını diqqətə çatdırmışlar.

Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı tərəfindən respubilka və beynəlxalq səviyyəli yarışlarda yüksək nəticələr göstərmiş bir qrup idmançı qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

 

Keçidlər