Şriftin ölçüsü :

Saytın rəngi :

Əməkdar müəllim, Salyan şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin müəllimi Piriyeva Gülşən Əliağa qızının anadan olmasının 65 illiyi münasibətilə tədbir keçirilmişdir.

25 fevral 2022 | 16:00

 Əməkdar müəllim, Salyan şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin müəllimi Piriyeva Gülşən Əliağa qızının anadan olmasının 65 illiyi münasibətilə tədbir keçirilmişdir.

Bütün zamanlarda, bütün xalqlarda müəllim cəmiyyətin  ən çox sevilən, ehtiram bəslənən üzvü olub, ən dəyərli sözlər onun haqqında deyilib. Sənətindən, peşəsindən həyatdakı mövqeyindən asılı olmayaraq hər birimizin qəlbində müəllimə böyük hörmət vardır. 65 illik ömrünün 45 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Gülşən Əliağa qızı Piriyeva öz müqəddəs peşəsinə ləyaqətlə əməl edən respublika səviyyəsində tanınmış kimya-biologiya müəllimidir. 2004-cü ildə Azərbaycan Respublikanın Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o, “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yubiley münasibətilə Əməkdar müəllimi ürəkdən təbrik etmiş, pedaqoji fəaliyyətini yüksək dəyərləndirmiş və şərəfli işində ona uğurlar arzulamışdır. Tədbirdə daha sonra çıxış edənlər yubliyarın təhsil sahəsindəki xidmətləri ilə yanaşı insani keyfiyyətlərindən danışmış, ünvanına təbriklər və xoş sözlər çatdırmışlar. Sonda Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Gülşən Piriyevaya Fəxri fərman təqdim olunmuşdur.

Keçidlər