Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsinin şəhidləri doğum günlərində anıldılar.

22 fevral 2022 | 16:00

Vətən müharibəsinin şəhidləri doğum günlərində anıldılar.

Vətən müharibəsinin şəhidləri Nəzərov Emin Zahir və Qaraxanov Səfa Yenişar oğlunun doğum günü münasibətilə rayon rəsmiləri, şəhid ailələri, qazilər, kənd sakinləri, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhlarını ehtiramla yad etmişlər. Mərasimdə çıxış edənlər 30 illik işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 gündə azad edilməsinin tarixi əhəmiyyətindən, igid vətən oğullarımızın qəhrəmanlıqlarından danışaraq bildirmişlər ki, dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər