Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatına yeni təyin olunmuş sədrinin rayon ictimaiyyət nümayəndələrinə təqdimatı keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatına yeni təyin olunmuş sədrinin rayon ictimaiyyət nümayəndələrinə təqdimatı keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatına yeni təyin olunmuş sədrinin rayon ictimaiyyət nümayəndələrinə təqdimatı keçirililmişdir. Təqdimat mərasimində çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qeyd etmişdir ki, ölkəmizin və regionumuzun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə olaraq, ölkədə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getmiş, Azərbaycan siyasi sisteminə hər zaman yeniliklər gətirərək, bu sahədə bir çox uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri əsasında hazırlanaraq qəbul olunmuş Nizamnamə müasir dövrün reallıqlarına uyğun olan yeni çağırışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır. Qurultayda qəbul olunmuş Nizamnamə Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatlarının işinin daha da gücləndirilməsi, səmərəliliyinin artırılmasını özündə ehtiva edir.
Yeni Nizamnamənin tələblərinə uyğun olaraq, YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli 1 nömrəli qərarına əsasən partiyanın yerli təşkilatlarına sədrlər təyin olunmuş, o cümlədən, YAP Salyan rayon təşkilatının sədri vəzifəsinə Əhmədov Elmar Ağakişi oğlu təyin edilmişdir.
Salyan rayon təşkilatına sədr təyin olunmuş Elmar Əhmədov göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə, partiya rəhbərliyinə təşəkkürünü bildirmiş, etimadı layiqincə doğruldacağını qeyd etmişdir.