Salyan rayonunda “2 fevral-Gənclər günü”münasibətilə tədbir keçirilmişdir.
Salyan rayonunda “2 fevral-Gənclər günü”münasibətilə tədbir keçirilmişdir.
02 fevral 2022-ci il tarixində Salyan rayon İcra hakimiyyətində “2 Fevral - Gənclər günü” münasibətilə tədbir keçirilmişdir. Pandemiya qaydalarına uyğun olaraq keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər iştirak etmişdir. Tədbirdə ilk öncə Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov əlamətdar gün münasibətilə gəncləri təbrik etmiş, Azərbaycanın çiçəklənməsi naminə onlara uğurlar arzulamış və əsası Ulu öndər tərəfindən qoyulmuş və bugün cənab Prezident tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışmış, Azərbaycan gəncliyinin istər pandemiya şərtləri çərçivəsində, istərsə də Vətən müharibəsi zamanı fəaliyyətini yüksək qiymətləndirmişdir. Sonra tədbirdə çıxış edən rayon Prokuroru Firdovsi Nemətli Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu, ölkə gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını, dövlətimizin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini vurğulamışdır.
Tədbirdə çıxış edən gənclər arzu və təkliflərini bildirmiş, onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup gəncə qiymətli hədiyyələr təqdim edilmişdir.