Salyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti iclası keçirilmişdir.
21 yanvar 2022 | 16:00
Salyan rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın
növbəti iclası keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun sədrliyi ilə keçirilən iclasda Koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə rayon əhalisi arasında vaksinləşmə prosesinin əhəmiyyətindən, bu istiqamətdə görülən işlərdən bəhs etmişlər. İclasda çıxış edən aidiyyəti qurumların rəhbərləri rəhbərlik etdikləri kollektivdə əhalinin peyvəndlənmə prosesinə cəlb olunması sahəsində gördükləri işlər barədə ətraflı məlumat vermişlər.