Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Qasımov Nurlan Vadər oğlunun bu gün il mərasimi keçirilmişdir.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Qasımov Nurlan Vadər oğlunun bu gün il mərasimi keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar Salyan rayonunun Marışlı kəndindəki məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Şəhidin doğmaları Vətənə xidmətin hər bir övladın borcu olduğunu, Nurlan ilə fəxr etdiklərini qeyd etmiş, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığlarını bildirmişlər.
Azərbaycan Ordusunun əsgəri olan Nurlan Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq şəhid olmuşdur.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə şəhid Nurlan Qasımov ölümündən sonra “Döyüşdə fərqlənməyə görə”, "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!