Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan şəhər 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

19 noyabr 2021 | 16:00

Salyan şəhər 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici

tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən məruzəçilər sağlamlıq üçün ciddi təhlükə yaradan və cinayətkarlığın artmasına təkan verən narkomaniyanın ən böyük sosial bəlalardan biri olduğu barədə ətraflı məlumat verərək yeniyetmə gəncləri “narkomaniyaya yox” deməyə, sağlam həyat və mənəvi kamilliyə çağırmışlar. Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən, asılılıqlardan, eləcə də mənəvi aşınmadan və digər fəsadlarından söz açmış, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışımışdır. O, qeyd etmişdir ki, narkotik vasitələrdən istifadə edənlərin heç bir uğurlu gələcəyi olmur, onlar cəmiyyətdən həmişə geridə qalır və aludəçilisi olduqları narkotik vasitələrin zərərli təsirlərin fəsadlarından qurtula bilmirlər. Gənclərimizi daha düzgün və uğurlu yola yönləndirmək isə biz valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Cünki sağlam gələcək məhz yaxşı təhsil alan sağlam ruhlu, sağlam əqidəli gənclərdən asılıdır. Sonra çıxış edənlər azyaşlıların erkən nikaha daxil olmaları barədə söz açaraq, bu cür halların gənc ailələrdə yaratdığı problemlərdən danışmışlar. Tədbirdə həmçinin “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. 

 

Keçidlər