Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan şəhər Heydər Əliyev adına Meydanda Vətən müharibəsində qazanılan tarixi “8 Noyabr- Zəfər Günü”nün birinci ildönümü münasibətilə tədbir keçirilmişdir.

06 noyabr 2021 | 16:00

Salyan şəhər Heydər Əliyev adına Meydanda Vətən müharibəsində qazanılan tarixi “8 Noyabr- Zəfər Günü”nün birinci ildönümü münasibətilə tədbir keçirilmişdir.  

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı və qürurverici səhifələrinin yazıldığını qeyd etmişdir. Tədbirdə məktəblilərin Vətən müharibəsinə həsr edilən əl işlərindən ibarət sərgi, səhnəciklər və ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. 

Keçidlər