Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin ailələri və iştirakçıları ilə görüş keçirilmişdir

05 noyabr 2021 | 16:00

Rayonda “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin ailələri və iştirakçıları ilə görüş keçirilmişdir.


05 noyabr 2021-ci il tarixində Salyan şəhər Büllur şadlıq evində “8 Noyabr – Zəfər Günü” ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin ailələri və iştirakçıları ilə görüş keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Millət Vəkili Jalə Əhmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, müharibə iştirakçıları və ziyalılar iştirak etmişdir. Tədbirdə Vətən müharibəsi şəhidləri bir dəqiqəlik sükutla yad edilmiş, video-çarx nümayiş etdirilmiş, çıxılar olmuş, şəhid övladlarının və məktəblilərinin ifasında şeir və kompozisiya səsləndirilmişdir. Tədbirdə Millət Vəkili Jalə Əhmədova tərəfindən şəhid ailələrinə və qazilərinə təşəkkürnamələr təqdim edilmişdir.

 

 

Keçidlər