Şriftin ölçüsü :

Saytın rəngi :

”8 Noyabr-Zəfər günü” münasibətilə şəhid ailələrinin qadın üzvlərinin tibbi müayinəsi keçirilmişdir.

05 noyabr 2021 | 16:00

”8 Noyabr-Zəfər günü” münasibətilə şəhid ailələrinin qadın üzvlərinin
tibbi müayinəsi keçirilmişdir.

05 noyabr 2021-ci il tarixində ”8 Noyabr-Zəfər günü” münasibətilə Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsdə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının səyyari  həkim briqadası şəhid ailələrinin qadın üzvlərinin tibbi müayinəsini keçirmişdir. Keçirilən tibbi müayinədə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və  Milli Məclisin deputatı Jalə Əhmədova iştirak etmişlər. Şəhidlərin ailə üzvləri ilə görüşən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qeyd etmişdir ki, ötən ilin payızında başlanılan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində xalqımız çox böyük qələbə qazanıb, 30 ilə qədər erməni işğalı altında olan torpaqlarımız azad edilib. Bu torpaq uğrunda canını fəda edən, həyatından keçən hər kəsin xatirəsi bizim üçün əzizdir və onların müqəddəs ruhu qarşısında borcluyuq. Şəhidlərin anaları və xanımları üçün bu aksiyanı keçirməklə onların əziz xatirəsi qarşısında öz vətəndaşlıq borcumuzu yerinə yetirməyə çalışırıq. Nə qədər ki, bu Vətən var, nə qədər ki, bu torpaq var, onlar bizim iftixar və qürur yerimiz olaraq qalacaqlar. Biz də öz ehtiramımızı onların analarına və həyat yoldaşlarının sağlamlığına göstərdiyimiz qayğı ilə ifadə edirik. Müayinə zamanı rentgen, ultrasəs, kompüter tomoqrafiyası aparılmış, həkim qəbulu, laborator analizlər və digər tibbi xidmətlər göstərilmişdir. 

 

 

Keçidlər