Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonundan olan şəhidlərin ailə üzvlərinə medallar təqdim edilmişdir.

04 noyabr 2021 | 16:00


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində göstərdikləri igidliyə görə təltif edilmiş Salyan rayonundan olan şəhidlərin ailə üzvlərinə medallar təqdim edilmişdir.

Şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Prezident İlham Əliyev tərəfindən verilmiş medalları onların valideyinlərinə təqdim etmişdir. Mərasimdə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açılmış, zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılmışdır. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər