Şriftin ölçüsü :

Saytın rəngi :

"Qəhrəmanlarımızı tanıyaq” adlı silsilə tədbirlər çərçivəsində Vətən müharibəsi iştirakçısı və qazilərlə məktəblilərin növbəti görüşü keçirilmişdir.

02 noyabr 2021 | 16:00

       02 noyabr 2021-ci il tarixdə saat 12:00-da rayonun şəhər 7 saylı şəhər texniki fənlər təmayüllü məktəb-liseydə Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi Qəhrəmanı və müharibə iştirakçıları ilə məktəblilərin görüşü keçirilmişdir. Görüşdə “Hərbi Xidmətlərə görə”, "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuş kapitan Abdullayev Faiq Savəddin oğlu, "Füzulinin azad edilməsinə görə" , “90”, “95” illik yubiley medalları ilə təltif olunmuş baş leytenant Zeynalov Elçin Babaş oğlu, “Ağdamın və Suqovuşanın azad edilməsinə görə” medalları ilə baş lrytenant Dadaşov İlkin Eldar oğlu və “Cəsur döyüşçü”, “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilmiş əsgər Məmmədov Eldəniz Hüseyn oğlu və şəhid Camalzadə Famil Hicran oğlunun atası iştirak etdilər. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyəti başçısı aparatının “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu S.Səmədova 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin igidliyindən, xalq-ordu birliyindən geniş söhbət açmış, qəhrəmanlarımızın tanıdılmasının vacibliyindən bəhs etmişdir. Natiq vurğulamışdır ki, neçə-neçə igid oğullar vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Görüşdə iştirak edən müharibə iştirakçıları keçdikləri döyüş yolundan danışmış, məktəblilərin suallarını cavablandırmışlar. Məktəbin şagirdləri Vətənə və şəhidlərə həsr edilmiş kompozisiya ilə çıxış etmişdilər. Məktəbin gənc şagird-rəssamları Qarabağ mövzusunda çəkdikləri rəsm əsərlərini qonaqlara hədiyyə etmişlər. Sonda məktəblilərlə müharibə iştirakçıları xatirə şəkli çəkdirmişlər

Keçidlər