"Qəhrəmanlarımızı tanıyaq” adlı silsilə tədbirlər çərçivəsində Vətən müharibəsi iştirakçısı və qazilərlə məktəblilərin növbəti görüşü keçirilmişdir.
01 noyabr 2021-ci il tarixində saat 1200-da Arbatan kənd tam orta məktəbində Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq” adlı silsilə tədbirlər çərçivəsində Vətən müharibəsi iştirakçısı və qazilərlə məktəblilərin növbəti görüşü keçirilmişdir. Görüşdə “Cəsur döyüşçü” və “Füzulinin, Xocavəndin, Cəbrayılın və Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilmiş əsgər Qəfərov Orxan Məmmədağa oğlu, “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif edilmiş əsgər Nəcəfov İlqarBəxtiyar oğlu, “Suqovuşanın azad edilməsinə görə” Qüsursuz xidmətə görə” 90,95,100 illik yubiley medalın hər 3 dərəcəsi üzrə təltif edilmiş baş gizir Əliyev Abdulla Rəfail oğlu və rayon İcra hakimiyyəti baçşısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, “Füzulinin, Xocavəndin, Qubadlının, Zəngilanın azad edilməsinə görə” və “Şucaətə görə” medalları ilə təltif edilmiş əsgər Quliyev Heydər Seymur oğlu iştirak etmişlər.
Tədbirdə çıxış edən Heydər Quliyev 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin igidliyindən, xalq-ordu birliyindən geniş söhbət açmış, qəhrəmanlarımızın tanıdılmasının vacibliyindən bəhs etmişdir. Natiq vurğulamışdır ki, neçə-neçə igid oğullar vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Görüşdə iştirak edən müharibə iştirakçıları keçdikləri döyüş yolundan danışmış, məktəblilərin suallarını cavablandırmışlar.
Sonra məktəblilərin ifasında şəhidlərimizə, qazilərimizə və Vətənə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunmuşdur. Məktəbin gənc şagird-rəssamları Qarabağ mövzusunda çəkdikləri rəsm əsərlərini qonaqlara hədiyyə etmişlər.