Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon icra hakimiyyəti başçısı cənab Tahir Kərimovun YAP rayon təşkilatının gəncləri ilə görüşü

30 oktyabr 2013 | 16:00

Salyan rayon icra hakimiyyəti başçısı cənab Tahir Kərimovun YAP rayon təşkilatının gəncləri ilə görüşü
Oktyabrın 29-da rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov RİH –in inzibati binasının akt zalında YAP rayon təşkilatının bir qrup fəal gəncləri ilə görüş keçirmişdir. Tədbirdə çıxış edən RİH başçısı Tahir Kərimov oktyabırın 9- da keçirilən president seçkilərinin Salyan rayonunda da böyük mütəşəkkilliklə və ruh yüksəkliyi ilə keçirdiyini vurğulayaraq qeyd etmişdir ki, möhtərəm Prezidentimiz zatialiləri cənab İlham Əliyevin 85 faizdən yüksək nəticə ilə parlaq qələbə qazanmasında gənc seçicilərin də böyük rolu vardır.
Görüşdə YAP rayon təşkilatının sədri Rəşad Cəbrayılov Salyan incəsənət məktəbinin müəllimi Mehdi Əhlimanlı, Salyan rayon mərkəzi kitabxanasının əməkdaşı Rəfiqə Ağabəyova , YAP rayon təşkilatının sədr müavini Elmar Əhmədov Yap rayon təşkilatı gənclər təşkilatının sədri Nicat Əsgərov, AMİ –nin Salyan flialinın tələbələri, Rufanə Həsənli, Rauf Kərimov, Salyan tarix-diaşünaslıq müzeyinin direktoru Adilə Əliyeva çıxış edərək oktyabırın 9 –da keçirilən seçkilərin beynalxalq standartlara uyğun şəffaf demokratik qaydalara uyğun olduğunu vurğulamış, böyük qürur və iftixar hissi ilə bildirmişlər ki, növbəti beşillikdə də ümummilli liderimiz Heydər Əliyevin alternativsiz siyasi xəttinin davam etdirilməsinə öz layiqli tövhələrini vermişlər.
Axırda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə qiymətli hədiyyələr təqdim olunmuşdur.

 

 

Keçidlər