Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq” adlı silsilə tədbirlər çərçivəsində Vətən müharibəsi iştirakçısı və qazilərlə məktəblilərin növbəti görüşü keçirilmişdir

28 oktyabr 2021 | 16:00

28 oktyabr 2021-ci il tarixində Salyan rayonu Sarvan kənd tam orta məktəbində Rayon İcra Hakimiyyətinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq” adlı silsilə tədbirlər çərçivəsində Vətən müharibəsi iştirakçısı və qazilərlə məktəblilərin növbəti görüşü keçirilmişdir. Görüşdə “Cəsur döyüşçü” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilmiş əsgər Hüseynov Raqil Ağahüseyn oğlu, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Şucaətə görə” və “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif edilmiş çavuş İmanov Gözəl Nadir oğlu və rayon İcra hakimiyyəti baçşısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, “Füzulinin, Xocavəndin, Qubadlının, Zəngilanın azad edilməsinə görə” və “Şucaətə görə” medalları ilə təltif edilmiş əsgər Quliyev Heydər Seymur oğlu iştirak etmişlər.
Tədbirdə çıxış edən Heydər Quliyev 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin igidliyindən, xalq-ordu birliyindən geniş söhbət açmış, qəhrəmanlarımızın tanıdılmasının vacibliyindən bəhs etmişdir. Natiq vurğulamışdır ki, neçə-neçə igid oğullar vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Görüşdə iştirak edən müharibə iştirakçıları keçdikləri döyüş yolundan danışmış, məktəblilərin suallarını cavablandırmışlar.Qonaqlara xatirə hədiyyələri təqdim edilmişlər. Sonda məktəblilərlə müharibə iştirakçıları xatirə şəkli çəkdirmişlər.

 

 


 

Keçidlər