Salyanda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb.
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Rüstəmov Arif Seymur oğlunun şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Arif Rüstəmov ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və "Döyüşdə fərqlənməyə görə" ordenləri ilə təltif edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin!