Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyinin açılış mərasimi keçirilmişdir.

26 oktyabr 2021 | 16:00

26 oktyabr 2021-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Ramtiq Əlizadə, mərkəzin Salyan nümayəndəliyinin kollektivi və fəal gənclər iştirak etmişdir. Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbirdə Gənclərin İnkişafı və Karyera Mərkəzinin nümayəndəliklərinin açılışlarından ibarət qısa video-rolik nümayiş olunmuş, qurumun fəaliyyəti, əsas məqsədi, görülən işlərlə bağlı iştirakçılara məlumat verilmişdir. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlətin uğurlu gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışmış və gəncləri bu imkanlardan yararlanmağa dəvət etmiş, mərkəzin yeni yaradılmış nümayəndəliyinə işlərində uğurlar arzulamış, Salyan gənclərinin öz aktivliyi, dünyagörüşü ilə hər zaman seçildiyini qeyd etmişdir.
Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov çıxış edərək Fondun fəaliyyəti ilə bağlı qısa məlumat vermiş, Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan GİKM-lərin fəaliyyətinin gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarət olduğunu bildirmiş, bu istiqamətdə gəncləri aktiv olmağa, öz ideya və təşəbbüsləri ilə fərqlilik yaratmağa, yeni layihələrlə çıxış etməyə dəvət etmişdir.
Gənclərin bu günü səbrsizliklə gözlədiyini deyən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyinin direktoru Günel Salayeva intellektual bilik və bacarıqları, innovativ düşüncə tərzi ilə fərqlənən və müxtəlif peşələrdə çalışan Salyan gənclərinin yeni uğurlara imza atması, öz ideyalarını gerçəkləşdirməsi, inkişafları üçün səylə çalışacaqlarını qeyd etmişdir. Sonda rəsmilər və gənclər nümayəndəliyin otağı ilə tanış olmuş, xatirə şəkilləri çəkilmişdir.


 

Keçidlər