Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kapitan Əliyev Rəşad Əmiralı oğlunun ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.

25 oktyabr 2021 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhuna dualar oxumuşlar. Anım günündə şəhid kapitan Əliyev Rəşad Əmiralı oğlunun adının əbədiləşdirilməsi məqsədilə onun xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi də keçirilmişdir. Anım günündə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində qazanılan zəfərimizdə, alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanının, hər birinin fərqli qəhrəmanlıq salnaməsinin olduğunu qeyd etmişdir. Şəhidimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən RİH başçısı Sevindik Hətəmov Rəşad Əliyevin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir. Qeyd edək ki, şəhid Rəşad Əliyev ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Şuşanın azad olunamsına görə” medalları ilə təltif edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər