Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cəfərli Xəyalın və İbrahimov Sultanın ildönümləri qeyd edilmiş, xatirələri ehtiramla yad olunmuşdur.

24 oktyabr 2021 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Cəfərli Xəyal Xəlil oğlunun və İbrahimov Sultan Mikayıl oğlunun şəhadətlərinin ildönümü ilə əlaqədar məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhlarına dualar oxumuşlar. Anım mərasimləri şəhidlərin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Keçidlər