Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi və Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rəhim oğlu Cəbrayılzadənin və kapitan Mehdiyev Samir Valeh oğlunun anım günləri qeyd olunmuşdur.

23 oktyabr 2021 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri şəhadətlərinin ildönümü ilə əlaqədar şəhidlərin məzarlarını və ailələrini ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhlarına dualar oxumuşlar. Anım mərasimləri şəhidlərin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər