Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda 2800 - illə əlaqədar beynalxalq konfrans keçirilmişdir

17 oktyabr 2012 | 15:00

Salyanın 2800 illiyi qeyd olunub. Bu tədbir çərçivəsində rayonda “Salyanın arxeoloji və memarlıq irsi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov, Xalq artisti Arif Məlikov, Azərbaycan Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı, Arxeologiy və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, Salyan Arxeoloji Ekspedisiyasının rəhbəri Arif Məmmədov, eləcə də fransalı arxeoloq Leonit  Bertil də iştirak ediblər. Qonaqlar əvvəlcə Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyublar. Daha sonra onlar Heydər Əliyev meydanında təşkil olunmuş sərgi ilə tanış olublar. Konfransda çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Salyan camaatını bu tarixi gün münasibəti ilə təbrik edib. O deyib ki, Salyanda aparılan arxeoloji  qazıntılar nəticəsində aşkarlanan materiallar bu ərazidə 2800 il əvvəl yaşayış olduğunu sübut edir. 

 

 

Keçidlər