Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidlərinin ildönümü münasibətilə məzarları ziyarət olunmuşdur.

22 oktyabr 2021 | 16:00

Vətən müharibəsində şəhid olmuş Ceyhun Talıbzadənin, Ağamoğlan Kərimovun və Tərlan Gülüşovun ildönümü münasibətilə məzarları ziyarət olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri şəhidlərin şəhadətlərinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarlarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhlarına dualar oxumuşlar. Anım mərasimləri şəhidlərin doğulub boya-başa çatdığı ata ocağlarında davam etmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

Keçidlər