Salyanda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan mayor Vidadi Əhmədovun və Ələkbər Bəndəliyevin ildönümləri qeyd edilmiş, xatirələri ehtiramla yad olunmuşdur.
12 oktyabr 2021 | 16:00
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri mayor Vidadi Əhmədovun və Ələkbər Bəndəliyevin şəhadətlərinin ildönümü ilə əlaqədar məzarlarını və ailələrini ziyarət etmişlər. Şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov şəhid Ələkbər Bəndəliyevin Prezident İlham Əliyev tərəfindən verilmiş “Laçının azad olunmasına görə” medalını onun valideyninə təqdim etmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!