Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Arif Seymur oğlu Rüstəmovun cənnətdəki ilk doğum günü qeyd olunmuşdur.

11 oktyabr 2021 | 16:00

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Arif Seymur oğlu Rüstəmovun cənnətdəki ilk doğum günü qeyd olunmuşdur. Şəhidin doğum günü Salyan şəhərində ata ocağında adını əbədiləşdirmək üçün vurulan xatirə lövhəsinin qarşısında baş tutmuşdur. Mərasimdə çıxış edənlər 20 yaşı tamam olan şəhid Arif Rüstəmovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişlər. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Arif Rüstəmov 11 oktyabr 2001-ci ildə Salyan şəhərində anadan olmuşdur. 2018-ci ildə orta təhsilini bitirdikdən sonra Bakı Turizm və Menecment kollecinə daxil olmuş, Arif Rüstəmov 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmış və orada rabitəçi kimi xidmət etmişdir. Şəhidimiz 27 oktyabr tarixində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olmuşdur. Ölümündən sonra 3 medalla təltif olunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər