Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhid olmuş baş leytenant Aslan İsmayılovun ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.

09 oktyabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Aslan Əvəz oğlu İsmayılovun şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Aslan İsmayılov ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhid baş leytenant Aslan İsmayılovun “Kəlbəcərin azad olunmasına görə” medalı atasına təqdim edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

 

 

Keçidlər